Bakı 15˚C Sunny

Üç futbolçu uzun müddətdən sonra Azərbaycan millisinə cəlb olunub

Gündəm 16:07 01 okt, 2021

Onlar İrlandiya və Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarına dəvət alıb

Üç futbolçu uzun müddətdən sonra Azərbaycan millisinə cəlb olunub

Uzun müddətdən sonra 3 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub. 

Qazet.az-ın məlumatına görə, bunlar Kiprin "Etnikos" klubunda çıxış edən Araz Abdullayev, Portuqaliya "Tondela"sından Renat Dadaşov və "Sabah"dan Bəxtiyar Həsənalızadədir.

Onlar İrlandiya və Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyunlarına dəvət alıb. 

Həsənalızadə son olaraq 2018-ci, Abdullayev və Dadaşov isə 2020-ci ildə yığmanın formasını geyinib.

Bundan əlavə, "Sumqayıt"dan Murad Xaçayev, "Qəbələ"dən isə Rövlan Muradov yenidən əsas yığmada debüt şansı əldə ediblər. Hər iki oyunçu daha əvvəl avqustda yoxlama xarakterli təlim-məşq toplanışı üçün dəvət alsa da, sentyabrdakı yekun heyətdən çıxarılıb.

Qeyd edək ki, oktyabrın 9-da Bakıda İrlandiyanı qəbul edəcək Azərbaycan yığması oktyabrın 12-də isə Belqradda Serbiyanın qonağı olacaq.