Üç gün sonra ABŞ səfirliyi Xocavənddəki kütləvi məzarlığa reaksiya verib
ABŞ-ın Azərbaycandakı səfirliyi Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqla bağlı məlumat yayıb.
Qazet.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Elis Spensliyə istinadən verdiyi məlumata görə, diplomatik departamentin bəyanatında deyilir: “Uzun sürən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. Birləşmiş Ştatlar davamlı sülh sazişinin əldə edilməsi istiqamətində Ermənistan və Azərbaycanın atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarının müstəqil və qərəzsiz qiymətləndirilməsi və onların araşdırılması imkanını dəstəkləyirik ”.