Bakı 14˚C Sunny

Ucarda iki maşın toqquşub - Xəsarət alanlar var

Hadisə 18:39 11 yan, 2023
Ucarda iki maşın toqquşub - Xəsarət alanlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun "Azərbaycan" küçəsində qeydə alınıb. "VAZ-21013" və "Seat lbiza" markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər - 1977-ci il təvəllüdlü Ramil Cümşüd oğlu Babayev, 1945-ci il təvəllüdlü Ceyran Həsən qızı İsmayılova, 1978-ci il təvəllüdlü Bəxtiyar Əli oğlu Mirzəyev və 2014-cü il təvəllüdlü Yusif Elman oğlu Həmidzadə müxtəlif xəsarətlər alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.