Bakı 20˚C Mostly cloudy w/ showers

Üçüncü rübdə Azərbaycanda neft emalı 47 %-dək artıb

Biznes 19:30 14 okt, 2021

Ötən ilin müvafiq aylarında olduğundan 46,5 % çoxdur.

Üçüncü rübdə Azərbaycanda neft emalı 47 %-dək artıb

Bu ilin iyul-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,8 milyon ton neft emal olunub.

Qazet.az-ın SOCAR-ın üçüncü rüb üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq aylarında olduğundan 46,5 % çoxdur.

Bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur.

Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr qaz emal edilib.