Bakı 16˚C Dreary

UEFA Almaniya klubunu cəzalandırıb

Gündəm 17:42 29 okt, 2021

Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib

UEFA Almaniya klubunu cəzalandırıb

UEFA Almaniyanın "Union Berlin" klubunu cəzalandırıb.

Qazet.az-ın məlumatına görə, buna İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda baş verənlər səbəb olub.

Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, hüquq-mühafizə orqanları İsrail bayrağının yandırılmasının qarşısını alıblar.

Avropa futbol qurumunun qərarına əsasən, Almaniya klubunun növbəti ev oyununda tribunalar qismən qapadılacaq. Stadionun 13 və 14-cü sektorları bağlanacaq və burada UEFAnın loqosu olan "No Racism" pankartı yerləşdirəcək.

Qeyd edək ki, qarşılaşma "Union Berlin"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda IV turda Niderland "Feyenoord"unu qəbul edəcək.