Bakı 15˚C Windy

UEFA "Bazel" - "Qarabağ" oyunu ilə bağlı sorğu keçirib

İdman 23:11 09 dek, 2021

Səsvermədə iştirak edənlərin 60,4 faizi meydan sahiblərinin, 29,6 faizi isə qonaqların qələbə qazanacağını vurğulayıb. 

UEFA "Bazel" - "Qarabağ" oyunu ilə bağlı sorğu keçirib

UEFA bu gün İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunu barədə sorğu keçirib.

Qazet.az-ın məlumatına görə, bununla bağlı turnirin rəsmi tviter səhifəsində "Qarabağ"ın Bazel səfəri: Kim qalib gələcək"? başlığı altında paylaşım edilib.

Səsvermədə iştirak edənlərin 60,4 faizi meydan sahiblərinin, 29,6 faizi isə qonaqların qələbə qazanacağını vurğulayıb. Görüşün heç-heçə ilə başa çatacağını düşünənlər isə 9,9 faiz təşkil edib.

Qeyd edək ki, "Sankt-Yakob Park" stadionunda oynanılacaq "Bazel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.