UEFA-dan "Qarabağ"ı məyus edən paylaşım
İdman
17:11 08 dek, 2021
Şahruddin Məhəmmədəliyevin kobud səhvi nəticəsində 90-cı dəqiqədə "Omoniya"nın oyunçusu meydanın mərkəzindən vurduğu topa məyus olub
UEFA “Qarabağ”la bağlı daha bir paylaşım edib.
Qazet.az-ın məlumatına görə, Konfrans Liqasının "tvitter" səhifəsi qrup mərhələsinin V turunda “Omoniya” ilə matçda təmsilçimizi qələbədən məhrum edən qolu xatırladıb:
“Xordi Qomes bunu 90-cı dəqiqədə edib”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanın 88-ci dəqiqəsində önə keçən Ağdam təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvi nəticəsində 90-cı dəqiqədə "Omoniya"nın oyunçusu meydanın mərkəzindən vurduğu topa məyus olub.
Nəzərinizə çatdıraq ki, Azərbaycan klubu sabah İsveçrədə lider “Bazel”in qonağı olacaq.