UEFA Eriksenə görə “İnter”ə 3 milyon avro təzminat ödəyib
İdman
07:44 30 okt, 2022
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Kristian Eriksenə görə “İnter”ə 3 milyon avro təzminat ödəyib.
İtaliya klubuna ödənilən bu vəsait 2020-ci il Avropa Çempionatında Danimarka millisinin heyətində çıxış edən klubun keçmiş yarımmüdafiəçisi Kristian Eriksenin ürək tutması ilə əlaqədardır.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Həmin vaxt Kristian Eriksen “İnter”in futbolçusu idi.
Mənbə: Calciomercato