Bakı 7˚C Showers

UEFA erməni bayrağı açılan oyunla bağlı qərar verəcək

İdman 05:16 06 okt, 2021

Fakt oktyabrın 18-dək təhlil olunacaq, oktyabrın 22-də isə qərar veriləcək.

UEFA erməni bayrağı açılan oyunla bağlı qərar verəcək

UEFA “Qalatasaray”-Marsel” oyunundan sonra baş verən insidentlə bağlı intizam işi açıb.

“Qazet.az” xəbər verir ki, UEFA İntizam Komitəsi hadisə ilə bağlı görüntüləri izləyib və lazımi materialları toplayıb.

Fakt oktyabrın 18-dək təhlil olunacaq, oktyabrın 22-də isə qərar veriləcək.

Dörd polisin yaralandığı, yeddi nəfərin saxlanıldığı hadisələrlə əlaqədar UEFA-nın həm “Qalatasaray”I, həm də Marsel”I cəzalandıracağı gözlənilir.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Marsel” - “Qalatasaray” matçında ara qarışıb. “Marsel” tərəfdarları yunan və erməni bayrağı açıblar, eləcə də, səs bombaları atıblar. Bundan sonra “Qalatasaray” tərəfdarları ilə insident yaşanıb.