Bakı 9˚C Windy

UEFA "Qalatasaray"ı cəzalandırıb

Gündəm 14:34 10 noy, 2021

Bundan əlavə, klub stadiona dəymiş ziyana görə "Marsel"ə 8 000 avro ödəyəcək

UEFA "Qalatasaray"ı cəzalandırıb

UEFA Türkiyənin "Qalatasaray" klubunu cəzalandırıb.

Qazet.az-ın məlumatına görə, səbəb kimi "sarı-qırmızılar"ın sentyabrın 30-da Fransada "Marsel"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda baş verən hadisələr göstərilib.

İstanbul təmsilçisi avrokuboklarda növbəti iki səfər oyununa azarkeşsiz çıxacaq. Qonaq komandanın fanatları "Marsel"lə matçda müxtəlif pirotexniki vasitələrdən istifadə edib və meydana yad əşyalar atıb.

"Sarı-qırmızılar" həmçinin 50 min avro məbləğində cərimələnib. Bundan əlavə, klub stadiona dəymiş ziyana görə "Marsel"ə 8 000 avro ödəyəcək.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın tərəfdarları müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, matç qolsuz yekunlaşıb - 0:0.