Bakı 8˚C Intermittent clouds

UEFA "Qarabağ"ın qapıçısını fərqləndirib

İdman 18:30 10 dek, 2021

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısı fərqləndirilib.

UEFA "Qarabağ"ın qapıçısını fərqləndirib

UEFA Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısı fərqləndirilib.

Qazet.az  yarışın rəsmi tviter səhifəsinə istinadən məlumatına görə, onların arasında "Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev də var.

"Dörd əla qurtarış, hansını bəyəndiniz? sualı ünvanlandığı postda 26 yaşlı oyunçu ilə yanaşı Danimarka "Kopenhagen"indən Kamil Qrabara, Sloveniya "Mura"sından Marko Zalokar və Almaniyanın "Union" komandasından Frederik Rönnovun "seyv"ləri də yer alıb.

Məhəmmədəliyevin VI turda İsveçrədə "Bazel"lə görüşdəki qurtarışı ön plana çıxarılıb.

Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.