Bakı 5˚C Showers

UEFA reytinqi açıqladı

İdman 09:35 28 okt, 2022
UEFA reytinqi açıqladı

Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməz qalıb.

Qazet.az-ın məlumatına görə, buna "Qarabağ"ın Fransada "Nant"a UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda 1:2 hesabı ilə uduzması səbəb olub.

Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkə 15.875 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 17,750, 30-cu Qazaxıstanın 12,625 xalı var.

Avrokuboklarda V tur matçlarından sonra Belçika (37,200) 8-ci, Türkiyə (28,700) 13-cü, Ukrayna (28,500) 15-ci, Macarıstan (20,625) 20-ci sıraya yüksəlib. Ermənistan (9, 875) isə geriləyərək 39-cu olub.