UEFA və CONMEBOL qitə çempionlarının üz-üzə gələcəyini təsdiqləyib
İdman
21:33 28 sen, 2021
Qarşılaşmanın yeri barədə daha sonra məlumat veriləcək.
![UEFA və CONMEBOL qitə çempionlarının üz-üzə gələcəyini təsdiqləyib](https://qazet.az/resized/fit900x500/center/pages/27675/6bc11f79-49af-4da7-a9d4-53957ba48378.jpeg)
Futbol üzrə son Avropa çempionu olan İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında 2022-ci ilin iyununda beynəlxalq pəncərə zamanı oyun keçiriləcək.
Qazet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Avropa futbol qurumu və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında razılıq əldə olunub.
Qarşılaşmanın yeri barədə daha sonra məlumat veriləcək.