UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb
İdman
22:36 01 dek, 2022
UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanı İtaliya "Yuventus"u ilə bağlı araşdırmalara başlayıb.
Qazet.az bildirir ki, Turin təmsilçisi lisenziya və maliyyə feyr-pleyi qaydalarını pozmaqda günahlandırılır.
Daha əvvəl klubun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.
Qeyd edək ki, İtaliya mətbuatı "Yuventus"un yeni prezidentinin Canluka Ferrero olacağını yazıb.