Bakı 7˚C Showers

Uill Smit "Oskar"da vurduğu şilləyə görə üzr istədi

Maraqlı 19:11 30 iyl, 2022

 Bizim çox gözəl münasibətlərimiz var idi

Uill Smit "Oskar"da vurduğu şilləyə görə üzr istədi

94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smit aparıcı Kris Roka vurduğu şilləyə görə üzr istəyib.

Aktyor 3 ay sonra əməlinə görə şoumendən üzr istəyib. O, sosial şəbəkədə video paylaşaraq bunları deyib.

"Bunu şəxsən etmək istədim, amma Rok qarşı çıxdı. Səndən üzr istəyirəm, davranışım qəbuledilməz idi. Söhbət etməyə hazır olduğun zaman buradayam. Mən sənin ananın verdiyi müsahibəni gördüm. Çox adam zərər çəkib. Ona görə də mən sizin ailədən, xüsusilə də qardaşın Tonidən üzr istəyirəm. Bizim çox gözəl münasibətlərimiz var idi. Toni mənim adamım idi. Amma yəqin ki, artıq bu düzəlməzdir".

Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.