Bakı 6˚C Mostly cloudy w/ showers

Ukrayna Baş Qərargahı: “Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur”

Gündəm 12:45 15 okt, 2022
Ukrayna Baş Qərargahı: “Yaralı rusiyalı hərbçilərin ölüm nisbəti 50 faizdən çoxdur”

Tibbi yardımın keyfiyyətsizliyi və Rusiya komandanlığının ağır yaralıları təxliyə etmək istəməməsi səbəbindən rusiyalı yaralı hərbçilər arasında ölüm nisbəti 50 faizi ötür.

Qazet.az xəbər verir ki, bu barədə UNİAN Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qərargahdan bildirilib ki, mövcud məlumatlara əsasən, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində çoxlu sayda yaralı tibb müəssisələrinə yerləşdirilir. Belə ki, Donetskdəki xəstəxanalardan birinə bu həftə 100-ə yaxın yaralı çatdırılıb.

Zaporojye vilayətinin Tokmak şəhərində xəstəxanalar dolub. Yerli sakinlərin verdiyi məlumata görə, həkimlərin işinin çoxluğu və çarpayı çatışmazlığı səbəbindən mülki vətəndaşlar xəstəxanalara qəbul edilmir.