Bakı 30˚C Sunny

Ukrayna Belarusla sərhədi möhkəmləndirir

Gündəm 00:15 20 dek, 2022
Ukrayna Belarusla sərhədi möhkəmləndirir

Ukrayna Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda Belarusla sərhədi möhkəmləndirir.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.

“Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq”, - deyən Yenin bura atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxil olduğunu vurğulayıb.

“Hava hücumundan müdafiə sistemimiz sayəsində biz Rusiya tərəfinin buraxdığı pilotsuz uçuş aparatlarının 90 %-ni vura bildik”, - deyə o, paytaxtın enerji infrastrukturunun bir hissəsinin xeyli zədələndiyini və energetiklərin elektrik enerjisini bərpa etmək üçün gecə-gündüz işləməli olduğunu etiraf edib.