Ukrayna bir kəndi ələ keçirib
Gündəm
10:34 05 noy, 2021
“Kiyevin silahlı təxribatları Donbasda davamlı sülhün əldə olunması imkanlarını sarsıdır”
Bu açıqlama ilə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.
"Kiyevin bu taktikası nizamlanmanı dalana dirəyir. Bu, Minsk razılaşmalarının həyata keçirilməsi perspektivlərinə zərərli təsir göstərir", - Lukaşeviç söyləyib.
Lukaşeviç qeyd edib ki, Kiyevin daimi nümayəndəsinin qoşunların təmas xəttində - Staromaryevka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin dəyişməməsi barədə bəyanatları ATƏT-in Xüsusi Monitorinqinin faktları və müşahidələri ilə təsdiqlənmir.
O söyləyib ki, Rusiya ATƏT-in Ukrayna hərbçilərinin Staromaryevkada olması ilə bağlı faktları tezliklə müəyyən edəcəyini gözləyir.