Bakı -3˚C Windy

Ukrayna bu əraziyə 120 minlik ordu yığıb – Səbəb

Gündəm 16:37 31 yan, 2022

Donbas Ukrayna ərazisidir , buna görə də Ukrayna istədiyi məkana ordu və hərbi texnika yığa bilər

Ukrayna bu əraziyə 120 minlik ordu yığıb – Səbəb

Donbas Ukrayna ərazisidir , buna görə də Ukrayna istədiyi məkana ordu və hərbi texnika yığa bilər.

Bu sözləri öz açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynanın Donbas yaxınlığına 120 minlik ordu və ağır hərbi texnika cəmləməsi barədə yayılan iddiaları şərh edərkən deyib.

“Necə ola bilər ki, Rusiya Ukrayna ilə sərhədə 100 minlik qoşun yığır, bu barədə iddialara isə “öz ərazimizdir, daxili işimizdir” cavabını verir? Bu baxımdan Ukraynanın öz ərazisində ordusunu hansı istiqamətdə dislokasiya etdiyi daxili işidir”, - politoloq bildirib.

E.Şahinoğlu bu məlumatın doğru olma ehtimalından da danışıb:

“Ukrayna Donbas separatçılarından və Rusiyadan təhdid görür. Buna qarşı hazırlaşmasında və hərbi qüvvələrini cəmləməsində heç bir problem və beynəlxalq pozuntu ola bilməz. Ukrayna öz ərazisində separatçılara qarşı əməliyyat da keçirə bilər və beynəlxalq hüquq ona bu imkan tanıyır”.

Qaynaq