Bakı 6˚C Dreary

Ukrayna Rusiyanın bu şəhərini bombaladı

Gündəm 15:54 10 okt, 2022
Ukrayna Rusiyanın bu  şəhərini bombaladı

Rusiyanın Belqorod şəhərində partlayış səsləri eşidilib.

Qazet.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, şəhərin Ukrayna sərhədinə yaxın ərazisində güclü partlayış səsi eşidilib. Ardınca tüstü yüksəlib. Partlayışın şiddəti bir neçə kilometr məsafədən müşahidə edilib. Ria novosti agentliyinin məlumatına görə, partlayışa silah anbarındakı silahın partlaması səbəb olub. Lakin Ukrayna mənbələri hadisənin Kiyevin hücumu nəticəsində baş verdiyini yazır.

Qeyd edək ki, Ukrayna ordusu əvvəllər bir neçə dəfə Belqorod şəhərinə hücum edib. Bu dəfəki partlayışın Rusiyanın Ukraynaya irimiqyaslı hücumundan sonra baş verməsi diqqət çəkib.