Bakı 14˚C Mostly cloudy

Ukrayna Donbasda bu əraziləri də GERİ ALDI

Gündəm 22:05 24 okt, 2022
Ukrayna Donbasda bu əraziləri də GERİ ALDI

Ukrayna Silahlı Qüvvələri Luqanskın Karmazinovka, Myasojarovka, Nevskoye və Donetskin Novosadovo yaşayış məntəqələrini işğaldan azad edib.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən müvəqqəti işğal etdiyi əraziləri saxlamağa, taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, müəyyən istiqamətlərdə müdafiə qüvvələrinin hərəkətlərinin qarşısını almağa səylərini cəmləşdirir, eyni zamanda Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları aparır”, - məlumatda bildirilib.