Bakı -3˚C Intermittent clouds

Ukrayna əhalisinin 20 faizi Zelenskini günahkar sayır

Xəbərlər 21:15 22 avq, 2022
Ukrayna əhalisinin 20 faizi Zelenskini günahkar sayır

Ukrayna vətəndaşlarının 75%-dən çoxu qələbə qazanaraq, ərazilərin işğaldan azad edilməsini, bundan sonra Rusiya ilə münasibətlərin tamamilə kəsilməsini istəyir.

Qazet.az xəbər verir ki, bu barədə “Demokratik Təşəbbüslər” Fondunun keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub.

Məlumata əsasən, respondentlərin 86%-i Ukraynadakı müharibəyə görə məsuliyyətin Rusiya rəhbərliyinin üzərinə düşdüyünü hesab edir.

"Eyni zamanda respondentlərin 42,5%-i düşünür ki, məsuliyyət Rusiya vətəndaşlarının da üzərinə düşür. Təxminən 20% sorğu iştirakçısı işğala görə Ukrayna rəhbərliyinin məsuliyyət daşıdığını bildirib. 18% və 16% respondent isə NATO üzvü olan dövlətlərin və ABŞ-ın da müharibəyə görə məsuliyyət daşıdığını hesab edir", - sorğu ilə bağlı məlumatda deyilir.