Ukrayna ərazisinin yarısını itirə bilər - Orbandan SENSASİYA
“Ukrayna öz ərazilərinin əhəmiyyətli hissəsini itirə bilər”.
Qazet.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Fides - Macarıstan Vətəndaş Birliyi” partiyasının qapalı iclasında deyib.
Onun fikrincə, Ukrayna münaqişəsi 2030-cu ilə qədər uzana və Kiyev sonda ərazisinin üçdə birini, hətta yarısını itirə bilər.
O, kütləvi hərbi əməliyyatların günahını Qərbin üzərinə qoyub. Orbanın fikrincə, Qərb dövlətləri müdaxilə etməsəydi, Ukraynadakı münaqişə lokal xarakter daşıya bilərdi.
Qərbin Rusiyaya qarşı sanksiyaları Viktor Orban tərəfindən də tənqid edilib. O, xəbərdarlıq edib ki, bu məhdudiyyətlərin yaratdığı enerji böhranı səbəbindən Avropa sənayesinin 40%-ə qədəri qışda dayana bilər. O, bu məhdudiyyətlərin uzadılmasına qarşı çıxacağını bildirib.