Bakı 37˚C Sunny

Ukrayna əsgərləri rusların hücumlarını dəf etdi

Gündəm 00:55 16 iyl, 2022

Donetsk istiqamətində isə bəzi ərazilərdə düşmən işğal etdiyi ərazini genişləndirmək və Donetsk vilayətinin inzibati sərhədinə çatmaq üçün aviasiya, top və raket artilleriyasından istifadəni gücləndirib.

Ukrayna əsgərləri rusların hücumlarını dəf etdi

Ukrayna hərbçiləri bu gün şərqdə rus ordusunun bir neçə hücumunu dəf ediblər.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, rus qoşunları Slobozhanski istiqamətində düşmən top və raket artilleriyasından Xarkov, Staraya Qnilitsa, Russkaya Lozova, Ukrainka, Rus Tişkov, Pobeda, Nikolski, Slatinoqo, Zoloçeva, Kriniçnoye, Çepil, Novonikolaevka, Novayabrnoye, Diyariv rayonlarını atəşə tutub.

Məlumata görə, Ukrayna əsgərləri sözügedən istiqamətlərdə yenidən hücumu uğurla dəf ediblər, bu zaman işğalçılar Boqorodiçnı üzərində nəzarəti bərqərar etməyə çalışıblar.