Ukrayna generalı: Donbasda güzəştə getməliyik!
Siyasət
12:18 06 okt, 2021
Bu barədə Ukrayna ordusunun generalı Aleksandr Kixtenko deyib
Donbas konfliktinin hərbi həlli Ukraynanın məğlubiyyəti ilə nəticələnəcək.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun generalı Aleksandr Kixtenko deyib.
Onun sözlərinə görə, Donbas konfliktinin həlli üçün Kiyev müəyyən güzəştlərə getməlidir:
“Keçilməyən bir qırmızı xətt saxlamaq lazımdır. Bu, konstitusiyaya dəyişiklik və Donetsk vilayəti tərkibində ayrı-ayrı respublikaların yaradılmasıdır”.
Kixtenkonun sözlərinə görə, regionda situasiya gərginləşib və Kiyev 2015-ci ildə təklif edilənlərdən daha çox güzəştə getməyə məcbur olacaq.
General konfliktinn hərbi həllinin olmadığını bildirib.