Bakı 19˚C Mostly sunny

Ukrayna Gürcüstana yeni səfir təyin edəcək

Gündəm 18:06 11 yan, 2023
Ukrayna Gürcüstana yeni səfir təyin edəcək

Ukrayna hakimiyyəti Gürcüstana təyin ediləcək yeni səfirin namizədliyi ilə bağlı qərar qəbul edib.

Qazet.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna hökuməti Vladimir Lukyanovu Gürcüstanda yeni səfir təyin etmək niyyətindədir. Onun fevralın əvvəlində Tbilisidə səfir fəaliyyətinə başlayacağı gözlənilir.

Vladimir Lukyanov Ukrayna XİN əməkdaşıdır və Gürcüstanda səfir kimi fəaliyyət onun ilk diplomatik missiyası olacaq.

Xatırladaq ki, keçən ilin martın 1-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Gürcüstandakı səfiri geri çağırandan sonra Ukraynanın bu ölkədə səfiri yoxdur.