Ukrayna hakimiyyəti ilə təmas qurmağın mənası yoxdur - Medvedev
“Biz Ukraynada hakimiyyətə məsuliyyətli liderlərin gəlməsini gözləməliyik”
“Rusiya Ukraynadan qarşıdurmaya meyl etməyən, münasibətlərdə quruculuğa önəm verən, məsuliyyətli liderlərin çıxmasını gözləyəcək".
Qazet.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Kommersant" qəzetində dərc edilmiş "Ukrayna rəhbərliyi ilə təmasların mənasız olması" başlıqlı məqaləsində qeyd edib.
"Biz Ukraynada hakimiyyətə məsuliyyətli liderlərin gəlməsini gözləməliyik. İndiki halda seçkilərdən əvvəl xalqa özünü göstərmək məqsədilə bəyanatlar verən, onları aldadıb səslərini alan və Rusiya ilə münasibətləri puç edən rəhbərliklə təmas qurmağın mənası yoxdur", deyə keçmiş prezident Medvedev bildirib.
"Rusiya gözləməyi bilir. Biz səbirli insanlarıq", - deyə o əlavə edib.
Medvedev həmçinin vurğulayıb ki, Ukraynanın hazırda idarəçilik sistemi tamamilə Qərbdən asılıdır.
-