Ukrayna hərbçiləri Donbasda separatçını ələ keçirdi
Gündəm
14:44 23 yan, 2022
Bu barədə Luqanskdakı separatçıların nümayəndəsi İvan Filiponenko deyib

Qondarma Luqansk Xalq Respublikasının məlumatına görə, Ukrayna ordusu dünən axşam saatlarında LXR ordusunun 1 əsgərini əsir götürüb.
Qazet.az xəbər verir ki, bu barədə Luqanskdakı separatçıların nümayəndəsi İvan Filiponenko deyib.
"Yanvarın 22-də Svetlodarsk rayonunda patrul xidməti həyata keçirən Ukrayna hərbçiləri bir döyüşçümüzü əsir götürüblər", - separatçı bildirib.