Bakı 24˚C Sunny

Ukrayna ikinci ağır zərbəyə hazırlaşır: Əsas hədəf...

Gündəm 11:21 25 fev, 2022

Rusiya bu məqsədinə ilk gündə endirdiyi zərbələrlə çata bilmədi

Ukrayna ikinci ağır zərbəyə hazırlaşır: Əsas hədəf...

Rusiya ordusunun Ukrayna şəhərlərinə yeni zərbələri proqnozlaşdırılır.

Qazet.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç canlı efirdə deyib.

O bildirib ki, əsas hədəf Ukrayna hərbi siyasi rəhbərliyinin, cəmiyyətin, medianın və vətəndaşların psixoloji sındırılması idi:

“Rusiya bu məqsədinə ilk gündə endirdiyi zərbələrlə çata bilmədi. Bu o deməkdir ki, növbəti sutkada onlar bu cəhdi təkrar edəcəklər. Yəni yeni zərbələr gözləyirik. Ola bilər ki, hökumət binası və yaxud Prezident ofisinə də zərbə endirilsin”.