Bakı 11˚C Rain

Ukrayna ilə bağlı Rusiyaya daha bir - Xəbərdarlıq

Gündəm 01:36 08 dek, 2021

Bildirilib ki, ABŞ başda olmaq bir çox Qərb ölkələri Rusiyanın son vaxtlar Ukrayna sərhədində hərbi istehkamlar qurması və Ukraynaya qarşı aqressiv münasibətinə sərt reaksiya verəcəkləri barədə xəbərdarlıq edir.

Ukrayna ilə bağlı Rusiyaya daha bir - Xəbərdarlıq

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya qarşı təcavüzkar addımlar atacağı təqdirdə sərt sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

“Qazet.az” xəbər verir ki, bu barədə Leyen Aİ Səfirləri Konfransına göndərdiyi videomüraciətdə bildirib.

Aİ Komissiyasının sədri bildirib ki, Aİ-nin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyi var: "Aİ özünə və qonşularına, o cümlədən Ukraynaya qarşı təcavüzə, o cümlədən beynəlxalq hüququn pozulmasına və ya hər hansı zərərli hərəkətə layiqli cavab verəcək. Bu, mövcud sanksiyaların güclü şəkildə artırılması və genişləndirilməsi şəklində olacaq. Biz də əlavə məhdudlaşdırıcı tədbirləri qəbul etməyə hazırıq".