Bakı 4˚C Windy

Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

Xəbərlər 22:00 17 dek, 2022
Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

Rusiya İrandan “Şahed-136” kamikadze dronlarının yeni partiyasını alıb. Onlardan artıq Ukraynaya hücumlar üçün istifadə edilib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov telemarafonun efirində açıqlama verib.

“Bu, yeni bir partiyadır, lakin “Şahed”lərin ilkin kütləvi istifadəsi ilə müqayisədə, daha kiçikdir. Biz indi konkret rəqəmi şərh etmirik, amma görürük ki, məsələn, dünənki kütləvi raket zərbələri zamanı “Şahed”lərdən istifadə olunmayıb. Digər mövcud vasitələr, bütün raket silahlarından istifadə edilib”, - Yusov bildirib.

O, həmçinin qeyd edib ki, İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı hələlik heç bir məlumat yoxdur, lakin ölkələr arasında ilkin razılaşmalar və Kremlin transferə başlamaq üçün göstərdiyi fövqəladə səylər məlumdur.

Mənbə: rbc.ua

Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”