Ukrayna KİV-i Baş nazir postuna yeni namizədi açıqladı
Gündəm
03:11 30 sen, 2021
Bu təyinat ona görədir ki, Lyubçenko yenilənən hökumətin tərkibinə öz komandası və layihələri ilə gəlib.

Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenko Denis Şmıqalın istefasından sonra ölkənin baş naziri vəzifəsinə ən çox ehtimal olunan namizəddir.
"Qazet.az" xəbər verir ki, belə bir proqnozu Ukraynanın “24 kanal” televiziyası yayıb.
“Mənbənin bildirdiyinə görə, Lyubçenko dekabrda təyin edilə bilər. Bu təyinat ona görədir ki, Lyubçenko yenilənən hökumətin tərkibinə öz komandası və layihələri ilə gəlib. Bununla bağlı mayın sonlarından işlər görülür”, - deyə məlumatda qeyd edilir.