Ukrayna Medvedevi axtarışa verdi
Gündəm
18:27 10 okt, 2022
Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiyanın sabiq Prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi axtarışa verib.
Qazet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Daxili İşlər Nazirliyinin bazasında bununla bağlı məlumat yerləşdirilib.
Dmitri Medvedev Ukrayna Cinayət Məcəlləsinin 110.2 maddəsi ilə (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına təhdid) axtarışa verilib.