Ukrayna Milli Bankına yeni rəhbər təyin edildi
Gündəm
13:39 07 okt, 2022
"Oschadbank"ın keçmiş rəhbəri Andrii Pışnıy Ukrayna Milli Bankının yeni rəhbəri təyin edilib.
Qazet.az xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.
“Ukrayna Ali Radası Andriy Pışnıyı Ukrayna Milli Bankının rəhbəri təyin edib", - deyə məlumatda deyilir.
Qeyd edək ki, ötən gün "Ukrgasbank"ın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən Ukrayna Milli Bankının (MBU) rəhbəri Kirill Şevçenko istefa verərək, ölkəni tərk edib.