Ukrayna ordusu bu əraziləri azad etdi
Xəbərlər
22:12 18 sen, 2022
Şənbə günündən etibarən Ukrayna hərbçiləri Xarkov vilayətində Oskol çayının nəinki sağına, hətta sol sahilinə də nəzarət edir.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat yayıb.
“Dünəndən Ukrayna sol sahilə də nəzarət edir”, - deyə bildirilib.
Qeyd edək ki, 11 sentyabrda Ukrayna müdafiə naziri Aleksey Reznikov ordunun Oskol çayının sahilinə çatdığını və bölgələri azad etməyə davam etdiyini söyləmişdi.