Bakı 6˚C Mostly cloudy

Ukrayna ordusu dörd kəndi azad etdi

Xəbərlər 23:36 29 avq, 2022
Ukrayna ordusu dörd kəndi azad etdi

Ukrayna ordusu Xerson yaxınlığındakı iki və Vısokopolye yaxınlığındakı daha iki kəndi Rusiya hərbçilərindən azad edib.

Qazet.az CNN-ə istinadən xəbər verir ki, Ukrayna qoşunlarının əməliyyatı gecə saatlarında Rusiya hərbçilərinin mövqelərinin ön və arxa tərəfin kütləvi atəşə tutulması ilə başlayıb.

Ukrayna hərbçiləri üç mövqedə Rusiya qoşunlarının müdafiəsini yarıb və dörd yaşayış məntəqəsini azad edib.

Həmin kəndlər Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdinodur.