Ukrayna ordusu rus PDM-ni bu cür məhv etdi
Gündəm
16:56 24 okt, 2022

Ukrayna Silahlı Qüvvələri Rusiya piyadalarının daha bir zirehli texnikasını vurub.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələrinin Nikolayev briqadasının istehkamçılarının əməyi sayəsində rusların daha bir PDM-i ekipajı ilə birlikdə məhv edilib”, - məlumatda qeyd edilib.