Ukrayna ordusu Xersonda strateji körpünü raketlə vurdu
Xəbərlər
23:31 26 avq, 2022
Ukrayna ordusu Rusiyanın işğalı altında olan Xerson vilayətinin cənubundakı strateji körpünü raketlə vurub.
Qazet.az xəbər verir ki, Ukrayna ordusunun cənub komandanlığının verdiyi məlumata görə, Rusiya qüvvələrinin aktiv istifadə etdiyi Daryevski körpüsünün hazırda fəaliyyətini dayandırıb.
Təxminən 100 metr uzunluğunda olan Daryivskiy körpüsü Dnepr çayının qolu olan İnhulets çayı üzərində yerləşir və bu istiqamətdə Rusiya tərəfindən idarə olunan yeganə keçiddir.