Ukrayna parlamenti yaxınlığında mitinq keçirilib
Gündəm
16:23 14 dek, 2021
Sahibkarlar öz problemlərinə diqqət yetirilməsi tələbi ilə mitinq keçiriblər
Bu gün Kiyevdə Ukrayna Ali Radasının binası yaxınlığında sahibkarlar öz problemlərinə diqqət yetirilməsi tələbi ilə mitinq keçiriblər.
Qazet.az xəbər verir ki, minə yaxın etirazçı parlamentin yaxınlığında toplaşıb.
Onlar total fiskalizasiyanın təxirə salınmasına dair 6376 saylı qanun layihəsini və Ukrayna prezidenti yanında Kiçik Biznesin Təşviqi Şurası tərəfindən hazırlanmış qanun layihələrini biznesin inkişafını dəstəkləyirlər.
Qeyd edək ki, ukraynalı sahibkarlar etiraz aksiyalarına 2020-ci ilin noyabrında başlayıblar. Əvvəlcə onlar koronavirusa görə karantin məhdudiyyətlərinə qarşı çıxdılar, sonradan bir sıra vergi qanunlarının ləğvini tələb etməyə başlayıblar.