Ukrayna pilotsuz uçuş aparatları almağa davam edəcək
Ukrayna silahlı qüvvələrinin qərargah rəisi Sergey Şaptala bugün bildirib ki, ölkəsi Türkiyə istehsalı olan “Bayraktar” hücum təyyarələrinin sayını artırmaq niyyətindədir.
Ukrayna silahlı qüvvələrinin qərargah rəisi rəsmi Kiyevin Türkiyədən pilotsuz hücüm təyyarələrini davamlı alacaqlarını və dolayısı ilə onların Donbas bölgəsində istifadə olunacağını bildirib.
Rusiyanın Türkiyənin hərbi uçuş aparatlarının Ukraynaya satılmasına və Donbas bölgəsində istifadə edilməsinə qarşı çıxmasına baxmayaraq, Kiyev bu sərnişinsiz təyyarələrin davamlı müştərisidir.
Ukrayna silahlı qüvvələrinin qərargah rəisi Sergey Şaptala bugün bildirib ki, ölkəsi Türkiyə istehsalı olan “Bayraktar” hücum təyyarələrinin sayını artırmaq niyyətindədir.
“Rianovosti” saytının yazdığına görə Sergey Şaptala bir müsahibəsində deyib: “Gəlin, “Bayraktar” mövzusuna qayıdaq. Dövlət bizim üçün “Bayraktar” pilotsuz uçuş aparatı hazırlayır. Biz onları istifadə edirik və bunların sayı ilə kifayətlənmirik. Onlardan daha çox istəyirik”.