Bakı 19˚C Partly sunny

Ukrayna Prezidenti Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib

Gündəm 14:34 12 noy, 2021

Bu barədə Ukrayna lideri tviter səhifəsində yazıb

Ukrayna Prezidenti Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib

Ukrayna Prezidenti Volodimir Zelenski və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna lideri tviter səhifəsində yazıb.

“Qaribaşvili ilə telefon söhbətində qeyd etdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - V.Zelenski yazıb.

O vurğulayıb ki, İ.Qaribaşvilidən Mixeil Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət eməsinə şərait yaratmağı xahiş edib.