Ukrayna Rusiyaya malların ixracına qadağa qoydu
Hadisə
03:19 28 sen, 2022
Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.
Qazet.az xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.
Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.