Bakı 19˚C Sunny

Ukrayna Saakaşvilinin ekstradisiyasına çalışır

Gündəm 05:13 22 dek, 2021

 "Biz onun Ukraynaya qayıtması üçün əlimizdən gələni edirik”

Ukrayna Saakaşvilinin ekstradisiyasına çalışır

“Ukrayna hökuməti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ölkəyə qaytarılması üçün hər şeyi edir”.

“Qazet.az” xəbər verir ki, bunu Feysbuk səhifəsində Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak yazıb.

“Bu gün uzun illərdir tanıdığım Mixail Saakaşvilinin doğum günüdür... Mixail Ukrayna vətəndaşı olaraq qalır. Prezident  və onun komandası üçün bu, boş söz deyil. İstənilən mövzunu öz piarı üçün istifadə edənlərdən fərqli olaraq, bu, boş söz deyil. Biz onun Ukraynaya qayıtması üçün əlimizdən gələni edirik”, - deyə Yermak qeyd edib.