Ukrayna Silahlı Qüvvələri Belqorodda silah-sursat anbarını məhv edib - VİDEO
Gündəm
00:14 14 okt, 2022
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndindəki sursat anbarını atəşə tutub və mərmilərin partlamasına səbəb olub.
Qazet.az xəbər verir ki, Rusiya mətbuatı yazır ki, bu barədə oktyabrın 13-də axşam saatlarında Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
O, anbarda sursat partlaması olduğunu təsdiqləyib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Yerli sakinlər təxliyə edilir.