Bakı 9˚C Intermittent clouds

Ukrayna Silahlı Qüvvələrinin ilk qrupu təlim üçün Britaniyaya gedib

Gündəm 12:50 06 iyl, 2022

 Böyük Britaniyanın müdafiə naziri bildirib

Ukrayna Silahlı Qüvvələrinin ilk qrupu təlim üçün Britaniyaya gedib

Ukrayna əsgərlərinin ilk qrupu hərbi təlim üçün Böyük Britaniyaya gedib.

Qazet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Onların təlim müddəti bir neçə həftə davam edəcək.

Təlim Krallığın ilkin hərbi hazırlığına əsaslanır: odlu silahdan atəş hazırlığı, döyüş meydanında ilk tibbi yardım, səhra hazırlığı, patrul taktikası və silahlı münaqişə qanunları üzrə təlim.