Bakı 23˚C Mostly cloudy

Ukrayna taxılını daşıyan ilk gəmi limandan yola düşüb

Gündəm 09:56 01 avq, 2022

Məlumatı “CNN Türk” yayıb

Ukrayna taxılını daşıyan ilk gəmi limandan yola düşüb

Bu gün Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşüb.

Qazet.az xəbər verir ki, məlumatı “CNN Türk” yayıb.

Bildirilib ki, Sierra-Leone bayrağı altında üzən “Razoni” adlı gəmi Livana gedəcək.

Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında iyulun 22-də İstalbulda imzalanan “Taxıl və ərzaq mallarının Ukrayna limanlarında təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, taxıl daşınacaq. Ukrayna taxılı ilə yanaşı Rusiya istehsalı olan gübrənin də daşınmasına qoyulan mane aradan qaldırılacaq.