Ukrayna və Türkiyə MÜHÜM SAZİŞ ərəfəsində
Müqavilənin yaxın gələcəkdə imzalanması realdır
Bu məsələ ilk dəfə 1998-ci ildə gündəmə gəlib, bu istiqamətdə danışıqlar isə 2007-ci ildən, prezident Yuşşenkonun dövründən aparılır.
Qazet.az xəbər verir ki, bu sözləri Axar.az-a Türkiyə-Ukrayna İş adamları Dərnəyinin İdarə Heyətinin sədri Burak Pəhləvan Türkiyə və Ukrayna arasında imzalanması planlaşdırılan azad ticarət sazişi haqda danışarkən deyib.
Onun sözlərinə görə, hər iki ölkə lideri bu müqavilənin imzalanmasına tam dəstək verir və müqavilənin yaxın gələcəkdə imzalanması realdır:
“Bu müqavilə hər iki ölkənin maraqlarına uyğundur. İmzalanacaq. Onun qüvvəyə minməsi ilə ölkələr arasındakı qarşılıqlı investisiya və ticarət əhəmiyyətli dərəcədə artacaq”.
Xatırladaq ki, Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba dünənki çıxışı zamanı iki ölkə arasında illərdir müzakirə olunan azad ticarət sazişinin yaxın gələcəkdə imzalanacağını bildirib.