Ukrayna və Türkiyə Prezidentləri arasında telefon danışığı olub
Siyasət
13:16 17 noy, 2021
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter" hesabında bildirib
Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter" hesabında bildirib.
"Ukrayna-Türkiyə tərəfdaşlığı dərinləşir. Ölkələrimizin silahlı qüvvələri güclənir. Gözlənilən Azad Ticarət Müqaviləsi iqtisadi inkişafa töhfə verəcək. Türkiyə Prezidenti ilə bu barədə telefonla danışığım oldu. Strateji Şuranın illik görüşündə Türkiyə Prezidenti ilə Kiyevdə görüşməyi səbirsizliklə gözləyirəm", - deyə Ukrayna Prezidenti qeyd edib.