Ukrayna XİN erməni təxribatına münasibət bildirdi
Siyasət
11:46 13 sen, 2022
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Azərbaycan arasındakı gərginliyə münasibət bildirib.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü Oleq Nikolenko danışıb.
O, tərəfləri gərginliyin diplomatik və siyasi yolla həllinə çağırıb:
“Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir. Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - XİN sözçüsü bildirib.