Ukrayna XİN: Kiyev Moskva ilə münasibətlərdə güzəştlərə getməyə hazırdır
Gündəm
15:20 09 dek, 2021
Bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Kiyev Rusiya ilə münasibətlərdə güzəştlərə getməyə hazırdır.
Qazet.az xəbər verir ki, bu barədə “Sky News” telekanalına müsahibəsində deyilir.
“Biz məsələyə konstruktiv yanaşırıq və güzəştə getməyə hazırıq, ancaq Rusiya tərəfinin qarşılıqlı güzəştə getməsi şərti ilə”, - o deyib.
Kulebanın sözlərinə görə, Rusiyanın tələbləri rasional və qanuni olmalıdır.
"Rusiya-Ukrayna sərhədi yaxınlığında eskalasiya baş verərsə, biz Qərb tərəfdaşlarımızın Rusiyaya qarşı sanksiyalar formasında köməyinə ümid edirik”, - deyə nazır bildirib.